Turk ordusundan terrorculara SARSIDICI ZERBE

Türk ordusundan terrorçulara SARSIDICI ZƏRBƏ

"Fərat Qalxanı" və "Zeytun Budağı" bölgələrində təxribat atəşi açan 7 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Suriyanın şimalında hücuma cəhd edən terrorçuları məhv etməyə davam edirik. "Fərat Qalxanı" və "Zeytun Budağı" bölgələrində təxribat atəşi açan 7 PKK/YPG terrorçusu komando qüvvələrimizin uğurlu müdaxiləsi ilə zərərsizləşdirilib" - məlumatda bildirilib.