Toy gecəsi romantik keçdi - Rəzillik bir gün sonra üzə çıxdı (FOTOLAR)
Dənizlinin Serinhisar rayonunda yaşayan 38 yaşlı Riza Türkal 63 yaşlı R.T. vasitəsilə Hataydan gəldiyini, adının Fatma olduğunu və Suriya vətəndaşı olduğunu iddia edən bir qadınla tanış olub.
Kanal.az Türkiyə KİV-nə istinadən bildirir ki, bu tanışlığa vasitəçilik edən R.T. iddiaya görə müqabilində 15 min lirə alıb.
Türkal tanış olduğu gənc qadın ilə Serinhisarda dekabrın 12-də keçirilən toyla evləndi. Türkal ailəsi gəlinə taxılan zinət əşyaları, toy ilə birlikdə 50 min lirə xərcləyib.
Toyun ertəsi səhər Türkalı dərmanla yatırdan gəlin, qardaşı və əmioğlusu kimi tanıtdığı iki nəfərlə birlikdə toyda taxılan cəmi 20 min lirə dəyərində olan zinət əşyalarını da götürərək aradan çıxıb. Özünə gələndə həyat yoldaşının qaçdığını görüb, aldadıldığını anlayan Türkal dərhal Serinhisar prokurorluğuna gedərək cinayətlə üzləşdiyini bildirib.
Türkalı aldadan suriyalı gəlinin daha əvvəl də özünü Mirfet adı ilə tanıdıb oktyabr ayında Konyanın Çumra rayonunda 32 yaşlı Fetih Çam ilə evləndiyi, ertəsi gün 6 min lirəlik zinət əşyasının itdiyi, birlikdə hərəkət etdiyi şəxslərin də 18 min lirə vasitəçilik pulu alaraq dələduzluq etdikləri üçün haqlarında prokurorluqda cinayət işi qaldırıldığı ortaya çıxıb.
Aldadıldığı suriyalı gəlin ilə 3-ü qadın olmaqla 8 nəfərin Antalyada polis tərəfindən yaxalandıqlarını öyrəndiyini bildirən Türkal deyib: “Əgər elədirsə, maddi zərəri geri istəyirəm. Mənim kimi Konyada da bir nəfəri də eyni üsulla aldadıblar. Vətəndaşlarımız, Suriyadan gələn və evlənmək istəyənlərə qarşı ayıq olsunlar”. (modern.az)
- Dünya
- 17 Fevral 2024