topçu vüsal

"Topçu Vüsal" qəzaya düşdü - FOTO

Vətən müharibəsində "Topçu Vüsal" kimi tanınan qəhrəman əsgərimiz Vüsal Şahkərimov qəzaya düşüb.

Kanal.az xəbər verir ki, hadisə Xaçmaz rayonunda baş verib. 

Belə ki, V.Şahkərimov idarə etdiyi "VAZ-2107" markalı avtomobili ilə hərəkətdə olarkən digər nəqliyyat vasitəsi onun maşınını sağ tərəfindən vurub. Qəza nəticəsində xoşbəxtlikdən Vüsal Şahkərimov ciddi xəsarət almayıb.

O, açıqlamasında məlumatı təsdiqləyib:

"Hadisə iki gün öncə baş verib. Təqsirkar digər avtomobilin sürücüsüdür. Mənim maşınımı sağ tərəfdən vurub. Şükür Allaha, indi hər şey yaxşıdır".

//unikal.org