Tibdə ilk: İnsana süni qan köçürüldü
Britaniyalı alimlər tibb tarixində ilk dəfə, laboratoriya şərtləri ilə alınmış süni insan qanını tətbiq edib.
"Medicina" xəbər verir ki, Britaniyanın Milli Sağlamlıq Xidməti donor bazası əsasənda süni eritrositlər yetişdirməyə nail olublar.
Adi insan qanından fərqli olaraq, bu eritrositlər hamısı gəncdir.
Bir neçə könüllüyə 1-5 ml arası qan köçürülüb.
"Ümid edirik ki, laboratoriyada əldə edilmiş eritrositlər donordan daha uzun müddət yaşayacaq.
Əgər bizim ilk sınağımız uğurla keçsə, mütəmadi qan köçürülməsinə ehtiyacı olan xəstələrə daha az qanköçürmə proseduru lazım olacaq.
Bu qan xəstələrinin müalicəsində dəyişiklik yarada biləcək" - deyə rəhbər bildirib.
Süni qanı anemiya, talassemiya və nadir qan qrupu olan xəstələrə köçürmək olacaq.
- Maraqlı
- 25 May 2024