6422d75ed0097202303230238

Təranə Qumral həyat yoldaşını tənqid edənlərə cavab verdi - "Düşük camaatdır da"

Müğənni Təranə Qumral həyat yoldaşı Musa Musayevin sosial şəbəkədə tənqid olunmasına münasibət bildirib.

Kanal.az xəbər verir ki, o, Qaynarinfo-ya açıqlamasında Musa Musayevi tənqid edənləri düşük adlandırıb:

"Düşük camaatdır da, nə deyək? 5-6 dənə axmaq adamdır, ona cavab vermək istəmirəm. Mənim ona cavab verməyim onun üçün reklamdır".

Qeyd edək ki, müğənni Musa Musayevin illər öncə repertuarında olan "Amor mio” mahnısını sosial şəbəkə izləyicilərindən biri paylaşaraq "İllərdir ki, bu mahnını oxuyur, amma sözlərini düzgün tələfüz eləmir”, deyə bildirib.