Tanınmış müğənni narkotik istifadəçisi qızının yeni görüntüsünü paylaşdı
BAKU.WS xəbər verir ki, o sosial şəbəkədə qızı Melek Balın yeni görüntüsünü paylaşıb.
Umut paylaşımına "Şükürlər olsun....Sizə nə qədər təşəkkür etsəm azdır" sözlərini əlavə edərək qızının çətin günlərini geridə qoyduqlarını bildirib.Xatırladaq ki, iki ay əvvəl sənətçi qızının narkotik istifadə etdiyini və ondan qorunmaq üçün özünü evin bir otağına kilidlədiyini bildirmişdi.
"O, psixoloji xəstəlik səbəbindən özünü saxlaya bilmədiyi üçün vəziyyət dəhşətli həddə çatdı! Mən özümü otağa kilidləmişəm. Biz polisə zəng etməli olduq. Ölkəmizdə baş verən hadisələr bu maddənin istifadəsi ilə bağlıdır. Mən bir müğənniyəm, buna gücüm çatmır. Ona nəsə olacağından qorxuruq. O, huşunu itirir" - deyə Umut qeyd edib.
- Şou biznes
- 22 Dekabr 2024