646fb020699c9202305235944

Şux geyimi ilə qırmızı xalçadan keçdi - FOTOLAR

Ötən gün Akademik Milli Dram Teatrında Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, “EMEDIA GROUP” şirkətinin birgə təşkilatçılığı ilə “Şəms” Milli mükafatlandırma mərasimi keçirilib.

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə və Müstəqillik Gününə həsr olunan tədbirdə Milli Məclisin deputatları, incəsənət xadimləri, diplomatik korpusun nümayəndələri, məşhur simalar, yerli və xarici mətbuat nümayəndələri iştirak ediblər.

Mərasimdə mükafat alanlardan biri də “Liatris Holding”in rəhbəri, iş xanımı Ruhiyyə Əliyeva olub.

O, mədəniyyət sahəsinə verdiyi dəstəyə və xeyriyyəçilik əməllərinə görə mükafata layiq görülüb.

İş xanımı mükafata görə təsisçilərə təşəkkür edib. Bundan sonra da xeyriyyə işlərinə, həmçinin mədəniyyət sahəsinə dəstək olacağını vurğulayıb.

Tədbirdən əvvəl qonaqlar qırmızı xalça yürüyüşündə yer alıblar.

Qeyd edək ki, “Şəms Milli Mükafatı” Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində təsis olunub. / Olay.az