"Şuşa və Hadrut geri qaytarılmalıdır" - Saqatelyan

  • Dünya
  • 18 Yanvar 2022
61e6d9417f485_saqatelyan-768x403

“Şuşa və Hadrut geri qaytarılmalıdır”. 

Kanal.az erməni mediasına istinadla xəbər verir ki, bunu Daşnaksütyun təmsilçisi İşxan Saqatelyan deyib. O bildirib ki, Ermənistan heç vaxt “itirilmiş torpaqlarla” barışa bilməyəcək.

“Mən bunu Daşnaksütyun adından bəyan edirəm. Şuşa və Hadrut geri qaytarılmalıdır, bunu açıq və birbaşa bəyan edirəm. Və bu, necə dəqiq həyata keçiriləcək – biz bu fürsəti görürük. Ermənistana ordumuzun qüdrətini, imkan və resurslarımızı bərpa edəcək milli hökumət lazımdır. Baş verənlər hökm və son deyil”, – Saqatelyan xəyallarını danışıb.

Oxşar xəbərlər