
Rus qüvvələrin Qarabağdakı fəaliyyəti dayandırıldı
Rusiya sülhməramlıları Qarabağda fəaliyyətini dayandırıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Rusiya sülhməramlılarının Qarabağın Əsgəran, Ağdərə və Şuşa rayonlarındakı müvəqqəti müşahidə məntəqələri işini dayandırıb.
Hazırda məntəqlərin sökülməsi prosesi gedir.
- Gündəm
- 06 Oktyabr 2023