663d1f84d9918202405240956

Spirtli içki qəbul edib evini yandıran şəxs ölüb - YENİLƏNİB + FOTO

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda öz evini yandıran şəxs ölüb.


“Report” xəbər verir ki, rayonun Didivar kəndində öz evini yandıran sakin, 1960-cı il təvəllüdlü Nurəddin Tarverdi oğlu Allahverdiyev hadisədən üç saat sonra vəfat edib.


Onun ölümünə tüstüdən zəhərlənməsi səbəb göstərilir.


Faktla bağlı araşdırma aparılır.


21:16


Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Babək rayonu, Didivar kəndində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.


“Report” xəbər verir ki, məlumatla əlaqədar Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.


Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilmədən söndürülüb.


İlkin məlumata görə, ev sahibi Didivar kənd sakini, 1960-cı il təvvəllüd Nurəddin Tarverdi oğlu Allahverdiyev spirtli içki qəbul etdikdən sonra evini yandırıb.