Bakının Nərimanov rayonunda 2002-ci il təvəllüdlü Kamal yetkinlik yaşına çatmayan Naziləyə (adlar şərti verilib – red.) qarşı seksual hərəkətlər edib.Qlobal.net-in məlumatına görə, Kamal 28 iyul 2020-ci ildən 6 yanvar 2021-ci ilədək olan müddət ərzində Nazilə ilə bir neçə dəfə qeyri-təbii yolla cinsi əlaqədə olub, həmçinin ona qarşı digər seksual xarakterli hərəkətlər edib.İstintaq orqanı tərəfindən Kamalın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
“Niyyətim ciddi olub”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kamal ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, Daxili İşlər Nazirliyi Daxili Qoşunların “N” saylı hərbi hissəsində çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olub və kiçik çavuşdur: “Nazilə ilə 3 iyul 2018-ci ildə Nərimanov rayonu ərazisində tanış olduq. Onunla həm mobil telefon, həm də sosial şəbəkə vasitəsilə əlaqə saxlamışam.İlk əvvəl dost kimi münasibət qursaq da, sonralar bir-birimizi sevməyə başladıq. Nazuilə ilə 2 ilə yaxın müddət ərzində əlaqə saxladım, bir neçə dəfə görüşdük, amma bu müddət ərzində aramızda heç nə olmadı. Sevgili kimi əl-ələ tutsaq da, onun hər hansı bədən orqanına toxunmamışam, qucaqlaşmamışam və öpüşməmişik. Mənim Naziləyə qarşı niyyətim ciddi olub. Gələcəkdə onunla evlənmək istəyirdim”.
“Sevgili olduğumuzu bilməyiblər”
Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt Nazilənin 13-14 yaşı olduğundan, ona el adəti ilə elçi göndərə bilməyib: “Düşündüm ki, hərbi xidmətini başa çatdırıb, geri qayıdandan sonra onunla evlənəcəm. Sonralar karantin vaxtı olduğu üçün Nazilə ilə küçədə görüşə bilmədim. Həm də Nazilənin anası və babasının bizim sevgili olmağımızdan xəbərsiz idilər.
Bu səbəbdən onlarda görüşə bilmirdik.Buna görə də Nazilə ilə danışdım, tanışım Fərid adlı şəxsin kirayə yaşadığı evdə görüşmək qərarına gəldik. Bu məqsədlə Fəridə qız tanışımla onun kirayə yaşadığı evdə görüşəcəyimi dedim, evin açarını mənə verməsini xahiş etdim. O da problem olmadığını bildirdi”.
“Cinsi əlaqədə olduq”
Kamal bildirib ki, Nazilə ilə 28 iyul 2020-ci ildə saat 14 radələrində görüşüb və birlikdə Fəridin kirayə yaşadığı evin qarşısına gəliblər: “Fərid də danışdığımız kimi ora gəldi, evin açarını mənə verib getdi.
Nazilə ilə evin içərisinə daxil olduq.Evdə sevgili kimi bir müddət söhbət edəndən sonra hər ikimiz ehtiraslandıq, qucaqlaşdıq, öpüşdük. Sonra soyunaraq könüllü razılıq əsasında qeyri-təbii yolla cinsi əlaqədə olduq. Cinsi ehtirasımızı təmin edəndən sonra evdən çıxaraq getdik.Ayrı-ayrı vaxtlarda həmin evdə Nazilə ilə təxminən 5-6 dəfə könüllü razılıq əsasında qeyri-təbii yolla cinsi əlaqədə olduq, amma ona qarşı digər hər hansı qanunsuz hərəkətlərə yol verməmişəm”.
“Peşmançılıq çəkmişəm”
Kamal qeyd edib ki, sonuncu dəfə 6 yanvar 2021-ci ildə, saat 15 radələrində həmin ünvanda yerləşən evdə Nazilə ilə görüşüblər: “Könüllü razılığı əsasında Nazilə ilə qeyri-təbii yolla cinsi əlaqədə olduq.
Yanvarın 7-də çağırış üzrə müddətli həqiqi hərbi xidmətə getdiyimdən Nazilə ilə görüşlərimiz olmadı.Nazilə ilə təbii yolla cinsi əlaqədə olmamışam, buna cəhd etməmişəm. Belə bir fikrim də olmayıb. Ona qarşı zor tətbiq etməmişəm, zor tətbiq edəcəyimlə hədələməmişəm. Əksinə, Nazilənin təklifi ilə hər ikimiz razılaşaraq bu cür münasibətə girmişik. Son olaraq əməlimdən peşmançılıq çəkmişəm”.
“Təklifini rədd etmişəm”
Cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Nazilənin sözlərinə görə, Kamalı 3 iyul 2018-ci ildə tanıyıb, onunla münasibəti yaxşı olub: “Tanış olanda Kamala 2005-ci il təvəllüdlü olduğumu demişəm. Həm sosial şəbəkə vasitəsilə, həm də mobil telefonla bir-birimizlə əlaqə saxlamağa başladıq.İlk əvvəl Kamalla dost kimi münasibət saxlasam da, sonradan bir-birimizi sevməyə başladıq.
Kamalla 2 ilə yaxın əlaqə saxladım, həmin müddət ərzində aramızda heç nə olmayıb. Əvvəllər mənimlə cinsi əlaqədə olmaq və seksual xarakterli hərəkətlər etmək fikrində olduğunu bir neçə dəfə bildirdi. Həmişə onun təklifini rədd etmişəm”.
“Evdə görüşməyə razılıq verdim”
Nazilə qeyd edib ki, 27 iyul 2020-ci ildə Kamalla mobil telefonla danışan zaman ona kiminsə evində görüşməyi təklif edib: “İlk öncə təklifi rədd etdim. Lakin Kamal israr etdiyi üçün razılaşdım. Aramızda razılıq əldə olunandan sonra 28 iyul 2020-ci ildə saat 14 radələrində Kamalla görüşdük.
Az müddət gəzişəndən sonra saat 15 radələrində onun təklifi ilə birlikdə tanışı Fəridin kirayə yaşadığı ev kimi təqdim etdiyi mənzilə getdik. Evin qarşısına çatanda Fərid adlı cavan oğlan ora gələrək evin açarlarını verdi və oradan çıxaraq getdi”.
“Sağollaşdıq, ayrıldıq”
Nazilənin ifadəsinə görə, həmin vaxt evdə onlardan başqa heç kim olmayıb: “Kamalla birlikdə evin yataq otağına daxil olandan sonra hər ikimizin razılığı ilə ilk öncə qucaqlaşdıq, öpüşdük və paltarlarımzı soyunduq. Sonra Kamal qeyri-təbii yolla mənimlə cinsi əlaqədə oldu.
Həmin vaxt Kamal qeyri-təbii yolla cinsi əlaqədə olan zaman təsadüfən təbii yolla da cinsi əlaqəyə girdi.Kamal cinsi ehtirasını təmin edəndən sonra sağollaşdıq, ayrıldıq. Yaşadığım mənzildə alt paltarıma qan ləkələrinin düşdüyünün şahidi olsam da, qızlıq pərdəmin tamlığının həqiqətən pozulmasına əmin olmadım”.
“Məni hədələməyib”
yaşadığım evə getdim. Ondan sonra Elvin ilə telefonla əlaqə saxlasam da, görüşlərimiz olmadı”.
“Məndən pul tələb etdi”
Nazilə deyib ki, sonralar Elvin vatsapda onunla əlaqə saxlayıb: “Məndən 100 manat borc istədi. Ona üstümdə 50 manat olduğunu və bu qədər pulu göndərə biləcəyimi dedim. Elvin adına olan kartın şəklini göndərəndən sonra pul köçürmə aparatlarından biri ilə həmin karta 50 manat göndərdim.
Aradan 2-3 gün keçəndən sonra Elvin mobil telefonla təkrar mənimlə əlaqə saxladı, mənzilin kirayə pulunu verə bilmədiyini dedi, məndən pul istədi. Pulumun olmadığını dedim. Elvin israrla atamdan pul götürüb göndərməyimi istədi. Ona atamdan pul ala bilməyəcəyimi bildirdim.
Elvin heç olmasa 20 manat xərclik pulu verməyimi tələb edəndə yenə imtina etdim. Onun mobil nömrəsini telefonunun qara siyahısına saldım”.
“Anamdan oğlana niyə nömrə verdiyini soruşdum”
yeməyimizi yedik, restorandan çıxan zaman Təbriz yaxınlaşdı, bizi avtomobillə evə aparmağını təklif etdi, razılaşdıq.
Təbrizin təklifi ilə Sərdar adlı şəxsin idarə etdiyi avtomobillə evimizə getdik. Həmin vaxt Təbriz özü avtomobilin qabaq sağ oturacağında oturmuşdu”.Nazilənin ifadəsinə görə, 9 mart 2021-ci ildə saat 19 radələrində yenidən anası və qonşusu Röya ilə birlikdə yemək yemək məqsədilə "Galata Meyhane" restoranına gediblər: “Restorana daxil olanda Təbriz də orada idi. O bizə yaxınlaşdı, salamlaşaraq bir azdan Turanın da gələcəyini dedi. Bir masanın ətrafında oturmağı təklif etsə də biz razılaşmadıq”.
“Anam məndən gizli həm Təbrizlə, həm də, Adilə görüşüb”
Nazilə deyib ki, bundan bir neçə gün sonra Təbriz ona zəng edib, həmişəki restorana getdiyini və yolda olduğunu deyib: “Aradan təxminən 10-15 dəqiqə sonra Təbriz təkbaşına həmin restorana gəldi. Turan orada olmadığından Röyanın xahişi əsasında Təbrizin zəng edərək onu da restorana çağırmasını xahiş etdim. Təbrizin zəngindən sonra Turan da ora gəldi.
Birlikdə restoranda kabinetlərin birində yemək yedik. Yeməkdən sonra Təbrizin xahişi ilə onun xalası oğlu kimi təqdim etdiyi şəxs bizi avtomobillə yaşadığlmlz evə apardı. Sonradan anamın məndən gizli həm Təbrizlə, həm də Adilə görüşdüyünü bilsəm də, aralarında konkret hansı münasibətin olduğundan xəbərsiz qaldım”.
“Mehmanxanaya çağırsam da, gəlməkdən imtina etdi”
Nazilə qeyd edib ki, 12 mart 2021-ci ildə yaşadıqları mənzildə atası ilə anası arasında narazılıq yaranıb, anası yaşadıqları mənzili tərk edib və Xırdalan şəhərindəki evlərinə gedib: “Mən də anamla getdim.Həmin gün axşamüstü anamla aramızda narazılıq yarandı, bu səbəbdən oranı tərk edərək təkbaşına Nərimanov rayonuna qayıtdım və "Divan" adı ilə fəaliyyət göstərən mehmanxanaya getdim. Mehmanxanada Təbrizlə əlaqə saxladım, yerimi ona dedim. Onu mehmanaxanaya dəvət etsəm də, gəlməkdən imtina etdi.
Gecəni həmin mehmanxanada təkbaşına qalandan sonra səhər saatlarında oradan çıxdım, Xırdalan şəhərinə anamın yanına getdim, onunla barışdım”.Nazilə bildirib ki,ad günü martın 20-sinə təsadüf etsə də, həmin gün Novruz bayramı olduğundan martın 19-da saat 19 radələrində ad gününü qeyd etmək üçün anası, xalası, xalası qızı və qonşusu Röya ilə birlikdə "Galata Meyhane" restoranına gediblər: “Ad günümü "Galata Meyhane" restoranında qeyd edən zaman Təbriz və Turan orada yox idilər. Oradan çıxandan sonra mən babama məxsus Nərimanov rayonu ərazisində yerləşən evə, anam isə valideynlərinə məxsus evə qayıtdı”.
“Mənimlə oral sekslə məşğul olmaq istədi”
Nazilənin ifadəsinə görə, martın 20-də təkbaşına Xırdalan şəhərinə anasının yanına gedib: “Orada 3 gün qalandan sonra martın 23-də yenidən babamın evinə qayıtdım. 2-3 gün keçəndən sonra yenidən təkbaşına Xırdalan şəhərinə anamın yanına getdim.Təxminən 25-26 mart tarixlərində, axşamüstü anamla aramızda narazılıq yarandığından evdən çıxdım. Evdən çıxandan sonra Təbriz mənə zəng etdi, harada olduğumu soruşdu. Baş verənləri ona danışdım. Təbriz mənimlə görüşməyi təklif etdi."Gənclik" metrostansiyasının yaxınlığında yerləşən "Gənclik Mall" Ticarət Mərkəzinin qarşısında onunla görüşdüm və onun avtomobilində Əhməd Rəcəbli küçəsində yerləşən adını bilmədiyim mehmanxanaların birinə getdik.Təbriz mehmanxanada otaq sifariş verəndən sonra ikimiz həmin otağa daxil olduq. Hər ikimizin razılığımız ilə qucaqlaşdıq, paltarlarımızı soyunduq. Təbriz mənimlə oral sekslə məşğul olmaq istədi. Mən imtina etdim. Sonra hər ikimizin könüllü razılığımız əsasında Təbriz mənimlə qeyri-təbii yolla cinsi əlaqədə olduq. Həmin gecə Təbrizlə bir yerdə orada qaldıq, səhər açılan kimi mehmanaxanadan çıxaraq getdik”.
“Dedim ki, səninlə belə danışmamışdım”
Nazilənin bildirdiyinə görə, aprelin 2-də saat 20 radələrində yaşadığı mənzildə olanda Təbriz ona zəng edib: “Təbriz Turan və Röya ilə birlikdə Astara rayonuna getmək istədiklərini bildirdi, mənim onlarla bir yerdə getməyimi təklif etdi. İlk öncə getmək istəmədiyimi dedim.Təbriz onlarla getməyəcəyim halda Röyanın da getməyəcəyini bildirdi. Röya mənimlə əlaqə saxladı, bir yerdə gəzib, vaxt keçirəcəyimizi dedi.
Mən də onun təklifini qəbul etdim. Astara rayonuna getməklə əlaqədar aramızda razılıq əldə olunandan sonra aprelin 2-ə keçən gecə saat 00.30-da "Gənclik" metrostansiyasının yaxınlığında yerləşən "Gənclik" Şadlıq Sarayının qarşısında Təbriz və Röya ilə birlikdə görüşdük. Oradan Astara rayonuna yola düşdük.
Saat 5 radələrində Astara şəhərinə çatdıq, "Astara" adı ilə fəaliyyət göstərən mehmanxanaya gəldik. Turan və Təbriz mehmanxanada 2 otaq sifariş verdilər. Öncə mən Röya ilə bir otaqda oldum, sonra o, özünün Turanla, mənim də Təbrizlə bir otaqda qalacağımı söylədi.Bundan sonra Röya Turanla bir otağa, mən isə Təbrizlə digər otağa keçdik. 2 nəfərlik çarpayıda uzanan zaman Təbriz məni qucaqladı, yaxınlıq etmək istəsə də, boyun qaçırdım. Ona yaxınlıq etməyə icazə vermədiyimi görən Təbriz bildirdi ki, bəs, onda bura nə səbəbə görə gəlmisən? Ona dedim ki, səninlə belə danışmamışdım axı.
Sonra Təbriz mənə toxunmadan yanında uzanaraq yatdı”.Nazilə deyib ki, saat 8 radələrində yuxudan ayılanda Təbriz onu qucaqlayıb və öpməyə başlayıb: “Təbrizi itələsəm də, yenə mənə yaxınlıq etdi. Əl çəkmədi, əl-qolumu tutduğundan məcbur olaraq onunla razılaşdım. Təbriz qeyri-təbii yolla mənimlə cinsi əlaqədə oldu. Həmin gün Bakı şəhərinə qayıtdıq. Qayıdan zaman Röya bizim bir yerdə olmadığımız görüntüsünü yaratmaq üçün vatsap vasitəsilə mənə səs göndərdi, guya harada olduğumu soruşdu”.Bu cinayət işinə Nərimanov rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılıb.
Kamalın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti olmaqla şərti cəza təyin edilib.
Qeyd edək ki, zərərçəkmiş Nazilənin ifadəsində göstərilən digər iki şəxsin barəsində isə ayrıca cinayət işi olub və onlar da məsuliyyətə cəlb olunublar.
(teleqraf.com)