648a122c1be14202306231700

“Son zəng”i qeyd edən məzunlar ağır qəzaya düşdü - VİDEO

“Son zəng”i qeyd edən məzunlar qəzaya uğrayıblar.

Oxu.az-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan məzunun həlak olduğu qeyd edilir.

***

“Son Zəng” günü məzun ölümü ilə bağlı hər hansı ağır hadisə baş verməyib.

Bunu DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

“Hörmətli xəbər-informasiya adminləri, sosial şəbəkə seqmentlərində yayılan hər informasiya doğru deyil. Dəqiqləşdirməyi tövsiyə edirik. DİN-in mətbuatı xidməti 7/24 rejimdə fəaliyyət göstərir.

“Son Zəng” günü məzun ölümü ilə bağlı hər hansı ağır hadisə baş verməyib. Bütün ölkə üzrə DİN əməkdaşları - yol polisi, post-patrul xidməti və digər xidmət əməkdaşları gərgin rejimdə çalışıblar.

Bütün məzunları bu gün münasibətilə təbrik edirik, onlara təhlükəsiz həyat arzulayırıq”, - E.Hacıyev qeyd edib.