SON DƏQİQƏ: Putindən ilk açıqlama - "Buna görə Türkiyəyə təşəkkür etməlidirlər / Qarabağdakı vəziyyət...
Soçidə Rusiya Prezidenti Vladimir Putin ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan təkbətək görüşdən əvvəl kameralar qarşısına keçib.
Kanal.az xəbər verir ki, Vladimir Putin görüşün mətbuata açıq olan hissəsində bildirib ki, Avropa Rusiyadan hələ də fasiləsiz təbii qaz aldığına görə Türkiyəyə təşəkkür etməlidir.Putin təkbətək görüş zamanı Ərdoğanla Suriya böhranı başda olmaqla regional məsələləri müzakirə edəcəyini bildirib. Ərdoğan isə qeyd edib ki,Suriya böhranının müzakirəsi regiona sabitlik gətirəcək.
Qeyd edək ki, görüş zamanı liderlərin Türkiyənin Suriyanın şimalındakı mümkün əməliyyatını, Ukraynadan taxılın ixracını və Qarabağdakı vəziyyəti müzakirə edəcəyi gözlənilir.
- Manşet
- 05 Avqust 2022