663b800a73df3202405243714

SON DƏQİQƏ! Məşhur aktyor vəfat etdi - FOTO

Sovet və Estoniya teatr, kino və televiziya aktyoru Evald Aavik vəfat edib.

News24.az xəbər verir ki, bu barədə Tartu Uus Teatırı məlumat yayıb.


Məlumata görə, Aavik 24 yanvar 1941-ci ildə anadan olub. O, Tartu musiqi məktəbini skripka sinfi üzrə, 1965-ci ildə isə orada, Tartuda Vanemuine Teatrının studiyasını bitirib.


Aktyor Anapada keçirilən “Kinoşok” beynəlxalq kinofestivalının “Georgics” filmində ən yaxşı aktyora görə mükafatını (1998), Fransanın Rouen şəhərində keçirilən beynəlxalq kinofestivalın ən yaxşı aktyor (1999) mükafatını və Minskdə keçirilən beynəlxalq kinofestivalın ən yaxşı kişi roluna görə mükafatla təltif edilib.