642acf5c8b0e2202304230636

Sizin cahil düşüncənizdə ayrılmış insan ailəli ilə dostluq edə bilməz? - Asya

İnfluenser Asya Aslanova (@asyafuad) sosial media hesabında ona gələn ittihamlara cavab verib.

Kanal.az yazır ki, rəfiqəsi Aysel Həsəni və aparıcı İlkin Həsəninin bir müddət öncə ayrılıb-barışma hadisəsində günahlandırılan bloger bu barədə instaqramda məlumat yayıb:

“Sosial şəbəkədə və ya real həyatda hansı pis hərəkətimi görmüsünüz ki, mənim ailəli olan xanımla “gəzməyimə” belə yanaşıb, kiminsə kiçik probleminin səbəbini məndə görürsünüz? Necə və hansı vicdan rahatlığı ilə hər hansı bir şeyi gözünüzlə görmədiyiniz halda insanlara yükləyə bilirsiniz? Sizin cahil düşüncənizdə ayrılmış insan ailəli ilə dostluq edə bilməz? Gəzə, yaxın rəfiqə ola bilməz?”. / olay.az