Kim Çen in

Şimali Koreya liderindən yenə dünyanı təəccübləndirən addım: "Öz nəcisinizdən istifadə edin"

Şimali Koreya Çinlə gərginliyin artmasından sonra gübrə tədarükü ilə bağlı problemlər yaşamağa başlayıb. Aldığı hər qərarı ilə diqqət çəkən Kim Çen İn ölkədə gübrə çatışmazlığı səbəbindən vətəndaşlarından öz nəcisini gübrə kimi istifadə etmələrini istəyib.

Uzun müddətdir ki, kənd təsərrüfatı gübrə ehtiyyacını Çindən təmin edən Şimali Koreyada işlər yaxşı getmir. Çinlə münaqişə səbəbindən gübrə probleminin yaşandığı ölkədə verdiyi qərarlarla mübahisə yaradan Şimali Koreya prezidenti Kim Çen İn-dən maraqlı çıxış gəlib.

Açıqlamada vətəndaşlara ölkədə gübrə çatışmazlığı səbəbindən öz nəcislərini gübrə kimi istifadə etmələri istənilib.