Sibel Can ona Azərbaycan bayrağını verən gəncə jest etdi - VİDEO
Məşhur türk müğənni Sibel Canın 8 Mart – Dünya Qadınlar Günündəki Bakı konserti baş tutub.
Kanal.az olay.az-a istinadən xəbər verir ki, sənətçi Bakı Konqres Mərkəzində azərbaycanlı pərəstişkarları qarşısında səhnə alıb.
Tədbirin giriş hissəsində Türkiyədə baş verən zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sibel konsertdə “Daşlı qala”, “Ayrılıq”, “Sən gəlməz oldun” kimi Azərbaycan mahnılarını səsləndirib. Sevilən ulduz səhnədə Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırıb. Sibel bayrağı ona verən gənci səhnəyə çıxararaq, birlikdə Azərbaycan mahnısına rəqs edib.
İfaçı, həmçinin, 8 Mart münasibətilə başda Birinci xanım Mehriban Əliyeva olmaqla, bütün qadınlara təbrik ünvanlayıb. Sibel bundan əlavə, yeni yaşına qədəm qoyan “Liatris Holding”in rəhbəri, iş xanımı Ruhiyyə Əliyevanı da təbrik edib. Sənətçi konsertin sonlarına yaxın tamaşaçılar tərəfindən ona verilən gülləri R. Əliyevaya bağışlayıb.
Müğənni gecə boyunca lirik mahnılara üstünlük verib.
Qeyd edək ki, S. Can tədbirdən əldə olunan gəliri AFAD-a bağışlayacaq.
- Şou biznes
- 09 Mart 2023