63b1f447cb641202301235951

Sərxoş qadın hisslərinə hakim ola bilmədi - Şaxta babanı hədəf seçdi...

Leninqrad vilayətinin Kirovski rayonundakı Otradnoye qəsəbəsi sakini Şaxta baba obrazında olan şəxslə münaqişəyə girərək ondan hədiyyə verməyi tələb edib.

Yerli sakinlər tərəfindən lentə alınan hadisənin videosu “VKontakte” sosial şəbəkəsində yayımlanıb.Mənbənin sözlərinə görə, qadın sərxoş vəziyyətdə olub.

Şaxta baba qadına hədiyyələrin yalnız uşaqlar üçün olduğunu izah edəndə o, aktyora yaxınlaşaraq onu itələməyə və kobud sözlər işlətməyə başlayıb. Buna cavab olaraq Şaxta baba da qadını itələyərək onu vurub və nəticədə qadın yerə yıxılıb.