Sel aparan Elgün nişanlı imiş, toyu olacaqdı - TƏFƏRRÜAT/VİDEO
Daşkəsəndə sel sularında batan Elgün Orucovun doğmaları danışıblar.
kanal.az xəbər verir ki, mərhumun atası Məhərrəm Orucov oğlunun nişanlı olduğunu və toyu olacağını bildirib:
“Payızda toyu olacaqdı. Ən əziz övladımı itirmişəm. Sel suları bir qoyunumuzu aparırdı, onu əlini atıb tutmaq istəyərkən özü selə düşüb”.
Mərhumun əmisi oğlu Nazim Orucov qeyd edib ki, sel Elgünü 3-4 kilometr aralıdakı körpüyədək aparıb.
Daha ətraflı Baku TV-nin süjetində:
- Ölkə
- 01 İyul 2023