66374ed97fa6d202405241817

Şəkidə DƏHŞƏTLİ QƏTL: iki nəfəri amansızcasına... - ŞOKEDİCİ TƏFƏRRÜAT

Şəkidə dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.


Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saat 17 radələrində Şəkinin Baş Şabalıd kəndində iki nəfəri amansızcasına odlu silahla qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

Belə ki, qətlə yetirilən 58 yaşlı Azər Sədi oğlu Sədiyev və 67 yaşlı İsrafil Əhmədiyyə oğlu Məmmədsoya məxsus mal-qara hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Namik Əbil oğlu Məmmədova məxsus torpaq sahəsinə girib və təsərrüfata ziyan verib.

Bu da qohumluq əlaqəsi olan şəxslər arasında mübahisəyə səbəb olub.


Daha sonra Namik Məmmədov ov tüfəngi ilə əvvəlcə İsrafil Məmmədsoyu, bir qədər sonra isə Azər Sədiyevi güllələyərək öldürüb.

İki nəfər qohumunu güllələyərək qətlə yetirdikdən sonra Namik Məmmədov ov tüfəngi ilə intihara cəhd edib.

Namik Məmmədov hazırda Şəki Rayon Mərkəzi Xəstəxanasında (RMX) müalicə olunur.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb.


***
18:15

Mayın 4-də saat 16 radələrində Şəki rayonu Baş Şabalıd kəndində 58 yaşlı Sədiyev Azər Sədi oğlu və 67 yaşlı Məmmədsoy İsrafil Əhmədiyyə oğlunun ov silahı ilə qətlə yetirilmələri barədə polisə məlumat daxil olub. 


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 59 yaşlı Namik Məmmədov hadisədən sonra özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.