64f040cd9c9de202308232709

Şəhidin xanımı tələbə adını qazandı

Vətən müharibəsi qəhrəmanı, şəhid Şahin Allahyarovun xanımı Kəmalə Allahyarova tələbə adı qazanıb.

Qeyd edək ki, Şahin Allahyarovun Vətən Müharibəsi zamanı ailəsinə etdiyi vəsiyyət günlərlə sosial şəbəkə və medianın gündəminə çevrilmişdi. O, döyüş zamanı çəkdiyi videoda həyat yoldaşı Kəmalə xanımdan yeni doğulacaq körpələrinə öz adının – Şahinin verilməsini istəmişdi.