6501a93decd15202309232117

Şəhid anası: "Hələ də yolunu gözləyirəm, oğlumun bəy otağını şəhid otağı etdim - VİDEO

Sentyabr döyüşlərində qəhrəmancasına şəhid olan əsgər Bəxtiyar Muradovun anası Yeganə Muradova övladının şəhidlik xəbərini almasından danışıb.

Bu barədə Baku TV-yə danışan .əhid anası bildirib ki, yeganə övladının toyunu etməyi arzulayırmış:

“Həyət insanlarla doldu. Məni aldatdılar, dedilər, yaralanıb. Gecə saat üç idi, qaynımdan soruşdum, dedi ki, Bəxtiyar şəhid olub. Həmişə deyirdim ki, onun bəy otağı olacaq. Oğlumun bəy otağını şəhid otağı etdim”.