6437ee67bf1a6202304235831

Saçını kəsdirmək üçün Türkiyəyə gedən aktrisa gündəm oldu - VİDEO

Londonda yaşayan Lujain adlı qadının saçını kəsdirmək üçün Antalyaya getməsi gündəm olub.

Kanal.az xəbər verir ki, aktrisa bununla bağlı sosial mediada video paylaşılan. Sosial mediada tanınan qadın bildirib ki, Londanda saç kəsimi 100 funt sterlinqdir (təxminən 2500 lirə). Antalyada isə o saç kəsdirmək üçün 483 lirə ödədiyini ifadə edib. Qadın Türkiyədə üstəlik saç kəsiminin daha yaxşı olduğunu deyib.Qeyd edək ki, Londondan Antalyaya təyyarə uçuşlarının qiyməti 39 funt sterlinqdən (təxminən 940 TL) başlayır.