Rustavidə aksiya başladı: Saakaşvilinin azadlığa çıxması tələb olunur

  • Dünya
  • 08 Yanvar 2022
gürcüstan aksiya

Rustavidəki 12 saylı Cəzaçəkmə Müəssisəsi qarşısında “Prezident Saakaşviliyə azadlıq” adlı etiraz aksiyası keçirilib.

Kanal.az xəbər verir ki, aksiya “Mişa Sektoru” təşəbbüs qrupu tərəfindən təşkil olunub.

Onlar Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin azad olunmasını və bunadək onun şəxsi həkiminin Saakaşviliyə baş çəkməsinə icazə verilməməsini, həmçinin telefon danışıqlarına məhdudiyyətin götürülməsini tələb ediblər.

Etirazçılar yaxın günlərdə “itaətsizlik qrupları” yaradacaqlarını və hakimiyyət nümayəndələri üçün utanc dəhlizləri təşkil edəcəklərini bildiriblər.

Oxşar xəbərlər