
Rusiyanın Ukraynaya hücumu soyqırımı kimi tanındı
Kanada parlamenti Rusiyanın Ukraynaya hücumunu soyqırımı kimi tanıyıb. Qərar yekdilliklə qəbul edilib.
Kanal.az xəbər verir ki, səsvermə deputat Heather McPhersonun Nümayəndələr Palatasına “Rusiya Federasiyasının Ukrayna xalqına qarşı soyqırımı aktları törətdiyini” tanımaq üçün vəsatət təqdim etməsindən sonra başlayıb.
Çərşənbə günü Kanada parlamentinin üzvləri Rusiya Prezidenti Vladimir Putinin və Dövlət Dumasının digər üzvlərinin rəhbərliyi altında Rusiya Silahlı Qüvvələrinin Ukraynada törətdiyi hadisələri “bəşəriyyətə qarşı sistematik və kütləvi hərbi cinayətlərə dair kifayət qədər sübut” elan ediblər.
- Dünya
- 28 Aprel 2022