Rusiyanın kəşfiyyatçı PUA-sı Türkiyədə tapıldı
<p><b>Türkiyənin Gümüşhanə vilayətində dağlıq əraziyə göbələk yığmağa gedən vətəndaşlar yerə düşmüş PUA tapıblar.</b></p><p>Kanal.az xəbər verir ki, əraziyə cəlb edilən təhlükəsizlik qüvvələri PUA-nın kəşfiyyat məqsədli Rusiya istehsalı olan silahsız "Orlan-10" modeli olduğunu müəyyən ediblər.</p><p>1400 kilometr mənzilli PUA-nın Rusiya-Ukrayna müharibəsi səbəbindən Ukrayna və ya Suriya bölgəsində siqnal itdikdən sonra bu əraziyə düşdüyü güman edilir.</p><p>Təhlükəsizlik qüvvələri tərəfindən hadisə yerindən götürülən PUA araşdırma üçün Ankaraya göndərilib.</p>