
Rusiyalı hərbi təlimatçı Azərbaycana hücum çağırışı etdi: “Ukraynadan sonra sıra Bakıdadır” - FOTO
Rusiyalı neofaşist, Z-propaqandist və hərbi təlimatçı Yuri Yeviç növbəti dəfə Azərbaycana qarşı təxribat xarakterli çıxışı ilə gündəmə gəlib.
Kanal.az Musavat.com-a istinadən xəbər verir ki, o, Rusiyanın “Kursk vilayətini azad etdikdən” sonra növbəti hədəflərinin Kiyev, Baltikyanı ölkələr və Azərbaycan olacağını iddia edib.
Yeviçin sözlərinə görə, guya Azərbaycan Rusiyaya hücum etməyə hazırlaşır və bu səbəbdən “önləyici zərbə” zəruridir. Onun planında Polşa və hətta Alyaska da var – o iddia edir ki, “Alyaskalılar artıq Rusiyanı gözləyir və dəstək verməyə hazırdırlar".
Xatırladaq ki, Yuri Yeviç daha əvvəl də azərbaycanlılara qarşı nifrət dolu çıxışları ilə seçilib. O, Rusiya tərəfindən 1990-cı illərdə Qroznı üzərində vurulan Azərbaycan sərnişin təyyarəsi ilə bağlı sevincli ifadələr işlətmiş və bu sözləri geniş qəzəb doğurmuşdu.
Yeviçin son açıqlamaları regionda gərginliyi artırmaq cəhdi kimi qiymətləndirilir və beynəlxalq ictimaiyyət tərəfindən sərt reaksiyalar doğura bilər.
Bəllidir ki, Azərbaycan heç zaman qonşu dövlətlərinə qarşı ərazi iddiasında olmayıb. Bu cür fikirləri ortaya atanlar isə təxribatçı qüvvələr və regionda gərginlik yaratmaq istəyənlərdir.
- Dünya
- 04 May 2025