Rusiya ilə Ukrayna arasında gərginliyin davam etdiyi bir vaxtda Moskva gözlənilməz açıqlama verib.
Kanal.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin bəyanatına görə, sabah prezident Vladimir Putinin rəhbərliyi ilə irimiqyaslı hərbi təlimlər keçiriləcək. Bildirilir ki, təlimlər zamanı ballistik raketlər sınaqdan keçiriləcək. Təlimlərə Hava qüvvələri, Cənub hərbi bölgəsinin birlikləri, strateji raket qüvvələri, Şimal və Qara dəniz birlikləri cəlb ediləcək. Açıqlamaya görə, təlimlər daha əvvəlcədən planlaşdırılıb.