Rusiyanın uzunluğu 5 kilometrə çatan hərbi karvanı Kiyevə irəliləyir.
Kanal.az xəbər verir ki, bu barədə ABŞ-ın “Maxar“ şirkəti peyk görüntüləri yayımlayıb. Bildirilir ki, hərbi karvan ötən gün Kiyevdən 60 kilometr məsafədəki İvankiv kəndi yaxınlığında müşahidə edilib. Məlumata görə, hərbi karvanda yanacaq, texniki avadanlıqlar, tanklar, piyada vasitələri, silahlar və çox sayda canlı qüvvə var.