
Rusiyadan NATO üzvü olmaq istəyən qonşusuna sərt mesaj – Qırıcıları havaya qaldırdı
NATO-nun İsveç və Finlandiyanı alyansa daxil etmək planı Rusiyanı qəzəbləndirir.
Kanal.az xəbər verir ki, iki ölkənin üzvlüyü ilə bağlı müzakirələrin davam etdiyi vaxt Rusiya qırıcıları Skandinaviya ətrafında hərbi manevrlərinin sayını artırıb.
İsveç Silahlı Qüvvələrindən verilən açıqlamada Bleking bölgəsinin cənubunda Rusiyaya məxsus döyüş təyyarəsinin ölkənin hava məkanını pozduğu bildirilib.
Açıqlamada sözügedən təyyarənin İsveç sərhədlərini tərk edərək geri döndüyü vurğulanıb və bu prosesin fotoşəkilləri çəkilib.
İsveç Hərbi Hava Qüvvələri martın 2-də Rusiyanın 4 döyüş təyyarəsinin ölkənin hava məkanını pozaraq Qotland adasının üzərində uçduğunu açıqlamışdı. //teleqraf.com
- Dünya
- 02 May 2022