621f4b8131d0d__72841946_72841944

Rusiya Yanukoviçi Ukrayna prezidenti elan etmək istəyir - İDDİA

Rəsmi Kremlin Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçi Kiyevdə hakimiyyətə gətirmək istədiyi barədə məlumat yayılıb.

Kanal.az xəbər verir ki, bu barədə KİV-ə Ukrayna kəşfiyyatındakı mənbələrdən bildirilib.Qeyd edilir ki, Ukraynada dövlətə xəyanətdə təqsirli bilinən eks-prezident Viktor Yanukoviç indi Minskdədir - o, xüsusi əməliyyata hazırlanır.

Xəbərdə qeyd edilir ki, ssenarilərdən birinə görə, Yanukoviçi Minskdə “Ukrayna prezidenti” elan etməyə çalışacaqlar.

“Alınan məlumatlar Kreml tərəfindən yaxın vaxtlarda eks-prezident Yanukoviçin Ukraynaya qayıtması və ya onun adından Ukrayna xalqına müraciətin dərci ilə bağlı hansısa informasiya əməliyyatı və ya aksiyanın hazırlana biləcəyinə işarə edir”,-deyə Ukrayna mətbuatı yazır.

Xatırladaq ki, Ukraynada Yanukoviç vətənə xəyanətdə təqsirli bilinərək, 13 il müddətinə azadlıqdan məhrum edilib. V.Yanukoviç Rusiyaya sığınıb.V.Yanukoviç 2002–2005, 2006–2007-ci illərdə Ukraynanın baş naziri olub. 2010-cu ildə keçirilən prezident seçkilərinin ikinci turunda 48,95% səslə ölkənin 4-cü prezidenti seçilib. 22 fevral 2014-cü il tarixində baş vermiş əhalinin narazılığından sonra ölkədən qaçıb və parlament tərəfindən prezidentlik hüququndan məhrum edilib. (modern.az)