626a8c3bf1f22_TASS_1118453

Rusiya Xersonda hökumət qurdu: Ukrayna valyutasından istifadə qadağan edilir

Rusiyanın ələ keçirdiyi Ukraynanın Xerson şəhərində rubldan istifadə edilməyə başlanılır.

Kanal.az xəbər verir ki, Rusiya tərəfindən Xersona təyin edilən yerli hökumət rəhbərinin köməkçisi Kirill Stremousov belə açıqlama verib. Qondarma hökumətin nümayəndəsdi bildirib ki, böglədə Ukraynanın mili valyutası olan grivna əvəzinə rubldan geniş istifadə ediləcək.

“4 ay ərzində həm grivna həm də rubldan istifadə ediləcək. 4 aydan sonra isə yalnız rubldan istifadə ediləcək”- deyə rus nümayəndə bildirib.