621e66c359b67_thrthrhrhrh

Rusiya XƏBƏRDARLIQ ETDİ: "Kiyevi vuracağıq, evlərinizi TƏRK EDİN"

Rusiya Müdafiə Nazirliyi kiyevlilərə xəbərdarlıq edib.

Kanal.az xəbər verir ki, Rusiyaya qarşı informasiya hücumlarının qarşısını almaq üçün Ukraynanın yüksək dəqiqlikli silahlarının texnoloji obyektlərinə və Kiyevdəki 72-ci əsas psixoloji xüsusi əməliyyat mərkəzinə zərbələr endirəcək.

Yaxınlıqda yaşayanlara evlərini tərk etmə barədə xəbərdarlıq edilib.

“Rusiyaya qarşı informasiya hücumlarının qarşısını almaq üçün texnoloji obyektləri və Kiyevdəki 72-ci əsas PSO mərkəzi yüksək dəqiqlikli silahlarla vurulacaq. Biz Ukrayna millətçilərinin cəlb etdiyi Ukrayna vətəndaşlarını Rusiyaya qarşı təxribatlar törətməməyə çağırırıq. eləcə də relay qovşaqlarının yaxınlığında yaşayan Kiyev sakinləri evlərini tərk etsinlər”, – deyə Konaşenkov bildirib. (konkret.az)