Kreml Rusiya

Rusiya Ukraynaya vaxt verdi: Bu saata kimi gözləyəcəyik...

Medinski: Rusiya Ukrayna nümayəndə heyətini  saat 15:00-a qədər gözləyəcək.  Rusiya prezidentin köməkçisi Vladimir Medinski bildirib ki, Rusiya nümayəndələri Qomeldə Ukrayna ilə görüşün təsdiqlənməsi üçün saat 15:00-a qədər Ukraynaya vaxt verirlər. 

Bundan əvvəl Kreml bəyan etmişdi ki, Kiyevlə danışıqlar aparmaq üçün  artıq Belarusa yola düşmüş və Rusiya Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və prezident administrasiyası nümayəndələrindən ibarət heyətət məhz keçmiş mədəniyyət naziri Medinski başçılıq edir.

Ukrayna prezidenti Vladimir Zelenski  Ukraynanın hərbi münaqişədə Rusiyanı dəstəklədiyi üçün danışıqların Belarusda aparılmasına etiraz etmişdi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov  isə danışıqları Qomeldə keçirmək təklifinin məhz Kiyevdən daxil olduğunu bildirib. 

Daha sonra Zelenskinin mətbuat katibi Sergey Nikiforov belə bir formatın həqiqətən müzakirə edildiyini, lakin Kiyevin Rusiyanın danışıqlar başlamazdan əvvəl Ukrayna ordusu silahlarını yerə qoymalıdır şərti ilə razılaşmadığını deyib. 

Ukrayna tərəfi Belarusda deyil, istənilən başqa neytral ərazidə danışıqlara hazır olduğunu vurğulayıb.