Tank ordu

Rusiya qoşunları Donbasın ardınca Kiyevə də girməyə hazırlaşır? - ŞOK GƏLİŞMƏ

Rusiya prezidenti Vladimir Putinin ötən gün müstəqilliyi tanınan “Donetsk və Luqansk xalq respublikaları”ına “sülhün dəstəklənməsi üçün” qoşunların yeridilməsi barədə sərəncamının ardınca gecə saatlarında rus tanklarının nəhəng kalonları Donbasa daxil olub.

Kanal.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlara əsasən Rusiya qoşunlarının Donetsk və Luqansk vilayətlərinə yeridilməsi davam edir. Qoşunların yeridilməsi başlayan saatlarda təmas xəttində tanklardan da istifadə olunmaqla atışmalar qeydə alınıb.

Hələlik Ukrayna rəhbərliyi Donbasa açıq müdaxilə edən Rusiya qoşunlarına müqavimət barədə qərar verməyib, amma hadisələrin sonrakı inkişafını proqnozlaşdırmaq çətindir.

Belə ki, Donbasa qoşunların yeridilməsinin ardınca Belarusda cəmləşdirilmiş Rusiya qoşunları da Ukrayna sərhədlərinin bir kilometrliyinə yeridilib. Bu da belə narahatlıqlara səbəb olub ki, Rusiya Donbassla kifayətlənməyib Ukrayna paytaxtı Kiyevi də tutmaq planları qurur.

Belarusun Ukrayna ilə sərhədyanı Komarin şəhərinin sakinləri ötən gecə Rusiya hərbi kalonlarının hərəkətini qeydə alıbar. Qoşunlar sərhədin 1 kilometrliyində mövqe tutub./virtualaz/