Rusiya qırıcıları İsveçə daxil oldu - Moskvadan SƏRT TƏHDİD
Rusiya ordusuna məxsus 4 təyyarə Qotland adası istiqamətindən İsveç ərazisinə daxil olub.
Kanal.az xəbər verir ki, bu barədə İsveç ordusundan açıqlama verilib. Bildirilib ki, İsveç ordusu dərhal hərəkətə keçərək, qırıcıları havaya qaldırıb. Xəbərdarlıqlardan sonra rus təyyarələri geri çəkilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İsveç və Finlandiyanı təhdid etmişdi. Onun açıqlamasına görə, İsveç və Finlandiya NATO-ya daxil olmaq istəsə bunun ağır nəticələri olacaq.
- Dünya
- 03 Mart 2022