Rusiya qırıcıları Azərbaycanın texnikaları ilə rəqabət apara bilməz - İngilis nəşrindən ŞOK

  • Dünya
  • 17 Yanvar 2022
Rusiyta döyüş təyyarəsi

Britaniyanın “Oryx” nəşri yazır ki, Ermənistanın Rusiyadan aldığı Su-30SM qırıcıları Azərbaycanın texnikası ilə rəqabət apara bilməz.

Kanal.az xəbər verir ki, nəşrin jurnalistləri qeyd edirlər ki, Ermənistanın Rusiyadan dörd Su-30SM qırıcısı alması çox qəribə addım kimi qəbul olunur, çünki bu təyyarələr Azərbaycan üzərində keyfiyyət və kəmiyyət üstünlüyünü reallaşdırmağa imkan vermir.

Həmçinin qeyd olunur ki, İrəvanın Moskvadan ilkin olaraq planlaşdırılan on iki Su-30SM alması planları böyük maliyyə vəsaiti tələb edəcək və bu, ölkənin kiçik büdcəsi üçün ağır olacaq.

Jurnalistlər qırıcıları Rusiyaya geri satmağı məsləhət görüblər, çünki bu dörd “ağ fil” Azərbaycanın texnikasına müqavimət göstərmək üçün kifayət etməyəcək. Qənaət edilən vəsaitin silahlı qüvvələrin digər sahələrinə yönəldilməsi təklif edilir.

Oxşar xəbərlər