Son 5 sutkada Rusiya hücumu nəticəsində insanlar yalnız ölkəni tərk etməyib, eyni zamanda əksəriyyəti kişi olan 80 min vətəndaşımız Ukraynaya qayıdıb.
Kanal.az xəbər verir ki, bu barədə Ukrayna Sərhəd Xidmətinin məlumatında deyilir.
Bildirilib ki, gələnlərin əksəriyyəti Rusiya qüvvələrinə qarşı döyüşmək üçün ordu sıralarına yazılmaq niyyətindədir.