Medvedyev

Rusiya hücumu nə zamana kimi davam edəcək? - Medvedyev AÇIQLADI

"Rusiya rus vətəndaşlarının və şirkətlərinin pullarının üzərinə həbs qoyulmasına simmetrik cavab verəcək".

Kanal.az xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib.

"Rusiya vətəndaşlarının və şirkətlərinin xaricdəki pullarına həbs qoymaqla hədələyirlər. Hər kəsə, ayrıca sanksiya olmadan. Qəzəbdən. Buna simmetrik cavab vermək lazımdır. Əcnəbilər və xarici şirkətlərin Rusiyadakı aktivlərinə analoji davranılacaq. Yaxud onların əmlakı milliləşdiriləcək", - Medvedyev qeyd edib.

O bildirib ki, ABŞ, AB və "anqlosaks dünyasına məxsus" bir çox ölkə bunda iştirakı qəbul edib:

"Yaxşı ki, bizim zəngin təcrübəmiz və bu mövzuda sərt qanunlarımız var. Beləliklə, əyləncə yeni başlayır".

Dmitri Medvedyev əməliyyatın Putinin dediyi bütün nəticələrin əldə olunana qədər davam edəcəyini də bildirib.