Rusiya hücum etsə, döyüşəcəyik: Ukrayna meydan oxudu - Moskvada olmayan bizdə var...
“Ukraynaya hucum olacağı təqdirdə biz vuruşacağıq. Ölkəmizin hucumu dəf etmək gücü var. Ancaq kömək gözləyəcək. Bəli, kömək üçün müraciət edəcəyik”.
Kanal.az bildirir ki, bu sözləri Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.
Onun sözlərinə görə, dəstəklə bağlı üzərinə öhdəlik götürmüş ölkələr bu köməyi eləməlidir. O bildirib ki, Ukrayna tək qalmayacaq. “Bizə dəstək verən tərəfdaşlarımız var”.
“Prezident bildirib ki, hucum olacağı təqdirdə dəf ediləcək. Bu, bu böyük müharibə olacaq. Biz heç nəyi təhvil verməyə hazırlaşmırıq”– deyən TŞ katibi qeyd edib ki, Ukrayna Rusiyanın hucumu zamanı nə etmək lazım olduğunu bilir.
“Ola bilsin Rusiya ordusundan zəifik, amma bu o demək deyil ki, döyüşməyəcəyik. Eyni zamanda biz Rusiyanın malik olmadığına malikik. Biz bunu bilirik və anlayırıq”-deyə Danilov vurğulayıb.
Bununla yanaşı Danilov nəyi nəzərdə tutduğunu açıqlamayıb.
Bununla yanaşı TŞ katibi deyib ki, Ukrayna sərhədləri yaxınlığında olan Rusiya ordusunun sayı KİV-in və xarici siyasətçilərin dediyi qədər artırılmır. “Ruslar daimi manevrlə edirlər. Onlar öz ərazilərindədirlər”. Azpost.info
- Dünya
- 25 Yanvar 2022