Rusiya daha bir ölkəyə qoşun yeritdi
Fransız hərbçilərinin 8 ildir xidmət etdikləri Malinin Timbuktu şəhərini tərk etməsindən sonra rus qüvvələrinin bölgəyə gəldiyi bildirilib.
Kanal.az xəbər verir ki, ruslarının Mali hərbçilərinə təlim keçmək üçün Timbuktuda gəldikləri iddia olunub.
Rusiyadan alınan hərbi texnikalardan istifadə etməkə təlimlərin keçiriləcəyi deyilib.
Bəzi Qərb ölkələri ötən ilin dekrabrında birgə bəyanat verərək, Rusiyanın “Vaqner” qrupunun Maliyə qoşun yeritdiyini iddia edib. Mali hökuməti isə rus muzdlularının paytaxt Bamakoda yerləşməsi ilə bağlı iddiaları yalanlayıb.
Fransa Prezidenti Emmanuel Makron 2021-ci ilin sonuna kimi Malidəki bazalarını bağlayacaqlarını elan etdikdən sonra fransız qoşunları geri çəkilməyə və bölgələrə hərbi nəzarəti Mali ordusuna təhvil verməyə başlayıb.
Nəhayət, dekabrın 14-də Fransa ordusu 8 ildir fəaliyyət göstərdiyi Timbuktudakı hərbi bazanı Mali ordusuna təhvil verib.//teleqraf
- Dünya
- 08 Yanvar 2022