Rusiya bu ölkələri açıq TƏHDİD ETDİ: NATO bazası sizi qorumayacaq!

  • Dünya
  • 04 İyul 2022
62c2872ce68d6_egitim-780x470

Finlandiya və İsveç ərazilərində NATO bazalarının yerləşdirilməsi bu ölkələri müdafiə etməyəcək.

Kanal.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.

“NATO bazalarının yerləşdirilməsi nə Finlandiyanı, nə də İsveçi müdafiə edəcək. Əksinə, bu, hərbi infrastrukturun yerləşəcəyi şəhərlərin sakinlərinə təhlükə yaradacaq”, - Volodin Finlandiyanın Lappinranta şəhər merinin bəyanatını şərh edərkən yazıb.

Qeyd edək ki, Finlandiyanın Lappinranta şəhərinin meri NATO bazasına ev sahibliyi etməyə hazır olduqlarını bildirmişdi.

Oxşar xəbərlər