Ukraynanın Xarici İşlər Nazirliyi Rusiyanın Azov dənizini və Kerç boğazını bağlamasına etiraz edib.
Kanal.az xəbər verir ki, açıqlamaya görə, Rusiya ordusu Qara dənizdə keçirdiyi hərbi təlimləri bəhanə edərək, bölgəni bağlayıb. Bildirilir ki, bu Ukraynaya qarşı həyata keçirilən hibrid müharibənin bir hissəsidir. Ukrayna Rusiyanın belə addımlarının qəbuledilməz olduğunu bəyan edib.
Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın Müdafiə Nazirliyi bölgədə hərbi təlimlər keçirəcəyini bəyan etmişdi.