
Rus məktəbini bitirdi,4 dildə danışırdı,4 övladı var - Hacı Şahin haqqında bilmədikləriniz
Tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahinin bu gün vəfat etməsindən iki il keçir.
Kanal.az Hacı Şahinin dosyesini təqdim edir:
Şahin Hüseyn oğlu Həsənli 1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbin rus bölməsində oxuyub.
Orta məktəbdə oxuyan zaman "Şən və hazırcavablar" ("KVN") komandasının üzvü olub.
***
Bir dəfə komandanın məşq prosesi vaxtı Hacı Şahin ssenari üzrə müəllimlərindən birini yamsılamalı olur. O, səhnəyə çıxan zaman həmin müəllimi qəfildən qapını açıb içəri girir. Hacı Şahin utandığından qızarır və rolunu yarımçıq saxlamalı olur.
Atasını erkən itirən Hacı Şahin müsahibələrinin birində keçmiş illərini xatırlayaraq deyir:
"Çox kontrastlı mühitdə böyümüşəm. Demək olar, hər zümrədən, hər mühitdən çoxsaylı və əziz dostlarım var idi. Atamı 12 yaşında itirdim, ailəmizin maddi çətinlikləri yarandı, bununla belə uşaqlıq illərinin şirinliyi bütün problemlərə qalib gəlirdi. Məktəbi qurtarar-qurtarmaz elektrik avadanlıqları dükanında işə başladım. Dükan indiki Hüsü Hacıyev küçəsində yerləşirdi. Bu da həyatda mənim üçün mühüm təcrübə oldu. Həmişə maraqlı insanlarla qarşılaşırdım. Müxtəlif dərnəklər və fəaliyyətlərə cəlb olunurduq. Ən mühümü isə odur ki, hər yerdə mehribanlıq var idi. Qonşularımızla da, dostlarımızla da doğma kimi idik. Mən Bəhram Bağırzadənin bacısı ilə bir sinifdə oxuyurdum, yadıma gəlir, bütün sinif uşaqları ilə onlara qonaq gedirdik, rəhmətlik anaları bizi çox mehriban qarşılayırdı. Bütün dostlarımızın ailələri belə idi".
***
Nümunəvi sovet ailəsində dünyaya gələn Hacı Şahinin dinə marağı elə gənc yaşlarından olub. 1992-ci ildən müstəqil şəkildə ərəb, fars dillərini öyrənməyə və ibadətə başlayıb. Müxtəlif dini ədəbiyyatlar mütaliə edib.
1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1999-cu ildə ADTU-dakı təhsilini bitirib./oxu24.com
- Cəmiyyət
- 02 Mart 2025