
Rus hücumu bu ölkələri hərəkətə keçirdi: Üç baş nazirdən BƏYANAT
Litva, Latviya və Estoniya milli müdafiə büdcəsini ÜDM-in ən azı 2,5%-nə qədər artırdıqlarını bəyan ediblər.
Kanal.az xəbər verir ki, bu barədə üç ölkənin baş nazirlərinin bəyanatında deyilir.
Onların fikrincə, Rusiyanın təcavüzü bütün Avroatlantikin təhlükəsizliyinə meydan oxuyur.
Bəyanatda deyilir ki, Madriddə keçiriləcək NATO sammitində Baltikyanı ölkələr NATO-nun Strateji Konsepsiyasını dəstəkləməyə və NATO-nun mühafizəsi və müdafiəsinin, eləcə də alyansın şərq cinahının uzunmüddətli imkanlarını əhəmiyyətli dərəcədə gücləndirməyə çalışacaqlar.
Baş nazirlər həmçinin milli müdafiə büdcəsinin ÜDM-in ən azı 2,5%-nə qədər artırılmasını və çoxlu raket qurğularının satın alınmasının davam etdirildiyini açıqlayıblar.
Onlar həmçinin kiberhücumlar, informasiya manipulyasiyası kampaniyaları, xarici müdaxilə, kəşfiyyat əməliyyatları, hüquqi fəaliyyət və iqtisadi təzyiq kimi digər təhlükələrə də diqqət çəkiblər. //teleqraf
- Dünya
- 24 Aprel 2022