63e0d65100b83202302232833

“Röyanın, Zamiqin, Samirin kəbinini mən kəsdim, amma hər üçü də boşandı" - Məşhurların “mollası”

“İndiyə qədər bir çox dövlət adamlarının, məşhur simaların yas məclislərini idarə etmişəm. Keçmiş müdafiə naziri Səfər Əbiyevin anasının, Ziya Məmmədovun yeznəsinin, Zeynəb Xanlarovanın həm anasının, həm də həyat yoldaşı Səlim müəllimin, Ənvər Sadıqovun atasının, Tükəzban İsmayılovanın məclislərini mən idarə etmişəm. Rəhmətlik İlhamə Quliyeva mənim xətrimi çox istəyirdi. Mən heç vaxt idarə etdiyim məclislərdə pul danışmamışam, sağ olsunlar, onlar da məni əliboş yola salmayıblar, artıqlaması ilə haqqımı ödəyiblər. Bu insanlarla yas məclisindən sonra da münasibət saxlayırdım, onlara bir işim düşəndə mənə kömək də edirdilər”.

Bunu Moderator.az-a məşhurların “mollası” adlandırılan Hacı Nail Atamzadə bildirib. O, həmçinin bir çox müğənnilərlə o vaxtlar dostluq etdiyini də bildirib.

“Müğənnilər Samir Piriyev, Zamiq Hüseynov, Röya Ayxanın kəbinini də mən kəsmişəm. Neyləmək olar, onların da hər üçü o vaxt boşandı. Röyanın oğlunun 40 günlüyündə adını qulağına mən oxumuşam. Bu müğənnilərin hər üçün ilə sıx dostluq münasibətlərimiz olub. Daha sonra uşaqlar böyüdü, bir az şəhərdən uzaqlaşdım, evin ünvanını bilmədilər, sıx əlaqə saxlaya bilmədik. Mən onlarla dostluq edəndə onlar o qədər də məşhur deyildilər. Məsələn Teymur Əmrahın o vaxt evi yox idi, bizə çox gəlib-gedirdi. Rəhmətlik anam çox kömək edib ona, qabağına yemək qoyub. Samir Piriyevin demək olar ki, uşağlığı bizim evdə keçib. O, yaxşılığı itirməyən, insanlığa dəyər verən şəxsdir” deyə o bildirib.