Rəisinin öldüyü qəzada ŞOK detallar üzə ÇIXDI: Bütün sirlər AÇILDI - SEPAH intiqam sözü VERDİ
İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması hazırda dünyanın əsas gündəm mövzusudur. İran Prezidenti İbrahim Rəisi və helikopter qəzasında digər həlak olanların dəfn mərasimi mayın 23-də ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərində keçiriləcək. İran Prezidenti İbrahim Rəisidən başqa, helikopterdə xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Təbrizin imamı Seyid Məhəmməd Əl Haşim, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Sərdar Seyid Mehdi Musəvi, Prezidentin Mühafizə Birliyinin komandiri və bir sıra mühafizəçilər və ekipaj üzvləri olub.
Hadisələrin gərgin və geniş vüsat aldığı bir anda İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH teleqram kanalında paylaşdığı yazı gündəm olub. Belə ki, SEPAH-ın rus dilində yayınlanan Telegram kanalı prezident Rəisinin həlak olması ilə bağlı intiqam paylaşımı edib: "İntiqamın alınacaq, cənab Prezident". SEPAH-ın rus dilindəki Telegram kanalının yaydığı bu intiqam andı heyrət doğurur. Çünki İran dövlətinin rəsmi açıqlamasına görə Rəisi və heyətinin (9 nəfər) həlak olma səbəbi pis hava şəraitində helikopterin qəza etməsidir.
Hələ hər hansı sui-qəsd, hücum, hansısa dövlət adı çəkilmədiyi halda, SEPAH nəyin qisasını kimdən alacaq sualı da maraq doğurur.
Məsələ ilə bağlı danışan politoloq İlyas Hüseynov Referans.az-a deyib ki, vaxtından əvvəl hər hansısa mülahizələr irəli sürmək düzgün addım deyil:
“SEPAH tərəfindən intiqamçı və qisasçı fikirlərin paylaşılması ümumi hadisələri tamamilə başqa bir məcraya aparır. Çox aydındır ki, SEPAH hərbi bir təşkilatdır. İslam İnqilabının qorunması və hazırki hakimiyyətin gücləndirilməsi kimi hərbi fəaliyyətləri həyata keçir. İntiqam meylli fikirlər barəsində danışmaq üçün hələ çox erkəndir. Çünki ilkin ehtimallara görə texniki qəza enişi baş verib və təəssüflər olsun ki, İbrahim Rəisi də daxil olmaqla xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digər yüksək vəzifəli şəxslərin olduğu helikopter qəzaya uğrayıb”.
Politoloq əlavə edib ki, hazırda araşdırmalar gedir və hadisə ilə bağlı bütün lazımi faktlar toplanılır. Onun sözlərinə görə, hər bir fakt araşdırıldıqdan sonra mümkün versiyalar irəli sürmək olar: “Bütün bu prorseslərdən sonra kənar güclərin burada əli olub-olmadığını demək mümkün olacaq. SEPAH-ın bu gün irəli sürdüyü fikir doğru deyil. Hər bir halda ölkədə yeni prezident seçkiləri keçiriləcək və dövlətin idarəçilik hüququ qorunub saxlanılacaq. Bütün siyasi, iqtisadi, hüquqi və sosial qərarlar həm hökumət, həm də ali dini rəhbər tərəfindən veriləcək”.
İlyas Hüseynov qeyd edib ki, intiqam meylli və digər bu kimi vaxtından əvvəl verilmiş mesajlar siyasi gərginlik yaratmaq üçündür. Bu bir qədər qüsurludur və ilkin verilmiş qərarlara bənzəyir.
Aqil Qarayev
Referans Media
- Gündəm
- 21 May 2024