664b97c3cb5e4202405243443

Rəisi nə vaxt və hansı şəhərdə dəfn olunacaq?

Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edənlərin vida mərasimi mayın 21-də Təbriz şəhərində keçiriləcək.


Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, cənazələrin daha sonra Tehran şəhərinə gətiriləcəyi güman edilir. Bildirilib ki, paytaxtda da dövlətin rəsmiləri və İran xalqı Rəisi ilə vidalaşacaq.


Rəisinin dəfn mərasimi mayın 23-də doğulduğu Məşhəd şəhərində keçiriləcək. Onun dəfn mərasimi cümə axşamı, axşam saatlarında İmam Rza məqbərəsində baş tutacaq.


Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.