65f299484e5c2202403242928

Rayonda ŞOK: "Ərim şəhərə getsin, çağıracam səni" deyən qadına əri GÖRÜN NƏ ETDİ

ona artıq hər şeyi bildiyini, Kənanla görüşməsindən xəbəriolduğunu, bundan sonra daha onunla yaşamaq istəmədiyini deyib: "Arvadımdan hər şeyi etiraf etməsini tələb etdim. Kənanla son bir ildir görüşdüyünü, aralarında iki dəfə intim münasibət olduğunu, "Cənnət Bağı" İstirahət Mərkəzində işlədiyi zaman isə orada İbad adlı şəxslə üç dəfə intim münasibətə girdiyini bildirdi. Lətafətin bütün bu etiraflarını səs yazısına aldım və gecə saat 3-4 radələrində qayınanamla qayınatamın, qaynımı, həmçinin öz valideynlərimi məsələdən agah olmaları üçün evə çağırdım. Lətafət özünün və mənim valideynlərimi görəndən sonra səs-küy salmağa başladı. Ona şər atılmasını bildirdi.

Mən də arvadımın bu hərəkətindən əsəbiləşdim, onun sifət və bədən nahiyələrinə bir neçə dəfə şillə-yumruq vurdum. Hər ikimizin valideynləri evlərinə getdi. Biz isə birlikdə kirayə yaşadığımız evdə qaldıq".

Cabbarın ifadəsinə görə, səhəri günü arvadı baş verənlər barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edib və məlumat verib. O, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasının, habelə zərərçəkmiş şəxs olan arvadı ilə barışdığını və arvadının ona qarşı şikayəti olmamasının nəzərə alınmasını istəyib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Lətafətin sözlərinə görə, iyulun 9-da saat 17.00-da əri Cabbar şəxsi işləri ilə əlaqədar Xızı şəhərinə, daha sonra xüsusi karantin postundan keçə bilsə, Sumqayıta gedəcəyini deyib, sonra evdən çıxıb: "Bundan sonra təxminən 17.30-da Cabbara yenidən zəng etdim. Cabbar gecə Sumqayıt şəhərində qalacağını və buna görə də axşam uşaqları da götürərək anasıgilə getməyimi tapşırdı. Həmin gün axşama kimi kirayə tutduğumuz evdə oldum. Evdə qaz olmadığına görə saat 21 radələrində uşaqları da götürdüm və qayınanamgilə getdim".

Zərərçəkmiş şəxsin sözlərinə görə, təxminən saat 23 radələrində əri Cabbar da həmin evə gəlib: "Cabbar hər hansı bir səbəb göstərmədən əlimdən tutaraq bayıra dartdı və birlikdə kirayə tutduğumuz evə gəldik. Evə girəndən sonra Cabbar məndən niyə evdən çıxanda dağlara tərəf işıq tutmaqla, işarə verdiyimi soruşdu. Mən də heç kimə işarə etmədiyimi, sadəcə evdən çıxanda həyətin işığı olmadığına görə telefonun fənərini yandıraraq qapının kilidinə baxdığımı bildirdim. Lakin Cabbar mənə inanmadı və pozğunluq etdiyimi israrla dedi".

Lətafətin sözlərinə görə, Cabbar inadla ondan "kimdir o münasibətdə olduğun" deyə soruşub: "Mən də belə bir hadisənin olmadığını izah etməyə çalışdım. Beləcə, təxminən on dəfədən çox Cabbar məndən eyni şeyi soruşdu. Məni hədələməyə başladı. Məcbur olaraq yalandan "hə, olub" deyə bildirdim. Cabbar tez telefonunu götürərək səsimi yazmağa başladı. Bütün bunlar baş verəndən sonra Cabbar həm mənim valideynlərimi, həm də öz valideynlərini kirayə yaşadığımız evə çağırdı.

Valideynlərim gəldikdən sonra onlara baş verənləri danışaraq, Cabbarın məni şərlədiyini və heç kimlə münasibətimin olmadığını bildirdim. Bu zaman Cabbar üstümə gəldi, bir neçə dəfə şillə və yumruqla sifətimə, bədənimin müxtəlif nahiyələrinə vurdu".

Bu cinayət işinə Xızı rayon Məhkəməsinə baxılıb. Cabbar hər ay qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 11 ay 22 gün müddətə islah işləri cəzasına məhkum olunub.