66637e92015a2202406244138

Qurban bayramının namazı bu saatlarda qılınacaq

Qurban bayramında qılınacaq bayram namazının vaxtı məlum olub. 

Bu barədə “Qafqazinfo”ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədli bildirib.

Onun sözlərinə görə, bəzi məscidlərdə bayram namazı saat 08:00, bəzilərində isə 09:00-da qılınacaq.

S.Məmmədli qeyd edib ki, məscid imamları namaza gələn camaata uyğun olaraq vaxt təyin edə bilərlər.

Qeyd edək ki, Azərbaycanda Qurban bayramı iyunun 16-17-də qeyd ediləcək.

Gülnar Əliyeva